AZ

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl - Falihlə görüşüb. Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyi, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyi vurğulanıb.

Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin yaşıl enerji gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.

Seçilən
28
12
vergiler.az

10Mənbələr