"Biz bu regionda hərbiləşdirmənin şahidi olmaq istəmirik," - deyə Rudenko vurğulayıb. Diplomat əlavə edib ki, Rusiya ilə regional tərəfdaşlar arasındakı əməkdaşlıq müasir reallıqlara uyğundur.
O, Asiyanın sülh, sabitlik və iqtisadi inkişaf üçün konstruktiv yanaşmaya layiq olduğunu, bunun Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) və Avrasiyanın üç aparıcı təşkilatının ortaq məqsədlərinə uyğun gəldiyini qeyd edib.
Qeyd edək ki, Rudenko daha əvvəl NATO-nun Asiya regionunu orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə (INF) ilə qadağan olunan hücum silahları ilə təmin etdiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31