AZ

ABŞ narahatdır: Kimyəvi silah arsenalı İŞİD-in əlinə keçə bilər

Birləşmiş Ştatlar Suriyadakı hadisələrdən və onun kimyəvi arsenallarının taleyindən təşvişə düşüb.

Üsyançılar arasında islamçılar da var və onların liderlərindən biri, keçmiş “Əl-Qaidə” terrorçusu Əbu Məhəmməd əl-Culani onun fikirlərinin mötədilləşdiyini desə də, Qərb dövlətləri ona hələ də böyük şübhə ilə yanaşır. ABŞ-ın ərəb müttəfiqləri xəbərdarlıq ediblər ki, Suriya Əsəd diktaturasının devrilməsindən sonra terrorçular üçün daha təhlükəli sığınacaq ola bilər. Terror üzrə ekspert Peter Neumanın BILD-ə verdiyi məlumata görə, ABŞ Suriyanın kimyəvi silahlarını yaxından izləyir, lakin çox riskli olduğu üçün Suriyaya müdaxilə etmək ehtimalı azdır. “Donald Trampın Bayden administrasiyasının ardınca Suriyadakı hadisələrdən uzaqlaşması gözlənilir.

Bundan əlavə, Ağ Ev bildirib ki, ABŞ-ın Suriyadakı prioritetləri münaqişənin İslam Dövlətinin dirçəlməsinə töhfə verməməsi və “humanitar fəlakətə” gətirib çıxarmamasını təmin etməkdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
58
editor.az

1Mənbələr