Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 3 milyon 230 min 224 nəfər səfər edib.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 800 min 965 nəfər və ya 33% çoxdur.
Hesabat ayları ərzində Azərbaycana ən çox sərnişin Rusiyadan gəlib – 890 min 855 nəfər. Bu ötən ilin eyni dövrünə nisbətdə 1 il əvvələ nisbətən 28,5% artım deməkdir.
11 ayda Türkiyədən Azərbaycana 798 min 492 nəfər gəlib. Birləşmiş Ərəb Əmirliklərindən səyahət edən sərnişinlərin sayı isə 411 min 812 nəfər olub.
Ötən ilin eyni dövründə ən çox sərnişin Rusiyadan (693 min 490 nəfər), Türkiyədən (672 min 774 nəfər) və BƏƏ-dən (279 min 161 nəfər) gəlib.