AZ

Suriya ordusunun taleyi qeyri-müəyyəndir...

Suriya ordusunun gələcək taleyi qeyri-müəyyəndir.

Modern.az xəbər verir ki, bunu uriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali "Sky News Arabia" telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, ordunun taleyi yeni komandanlığın qərarlarından asılı olacaq.

“Suriya ordusunun taleyi ilə bağlı suala cavabım yoxdur”, - deyə əl-Cəlali bildirib.

“Suriya xalqı son illərdə yorulub”, - Baş nazir əlavə edib.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Seçilən
63
1
modern.az

10Mənbələr