AZ

Kiyevdə UABD-ın dəstəyi ilə Ukrayna Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Kiyevdə Müharibə döyüşçüləri “Qardaşlıq Cəmiyyət”i Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəstəyi ilə Ukrayna Silahlı Qüvvələr Gününə həsr olunmuş möhtəşəm tədbir keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə UABD-ın mətbuat katibi Qabil Osmanlı öz “Facebook” hesabından paylaşım edib.

Kiyevin Beynəlxalq Mədəniyyət və İncəsənət Mərkəzi Həmkarlar İttifaqının akt zalında baş tutan tədbirdə müxtəlif ölkələrin bayraqları asılıb, zalda Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın adları olan stendlər yer alıb. Tədbirdən öncə iştirakçılar Kiyevin “Mixaylovski” meydanında Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olanları bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbir akt zalında Ukraynanın dövlət himninin səslənməsi ilə öz işinə başladı.

Tədbirdə fəxri qonaqlar qismində - Ukrayna veteranlarının işi üzrə nazir Nataliya Kalmikova, nazir müavini Yuliya Kirillova, Kırımtatar xalqının lideri Mustafa bəy Cəmilov, Kırımtatar Məclis başqanı Refat Cubaryov , Ali Radanın deputatları - Mixail Bondar, Yeqor Cernyev , Anatoli Ostapenko , Müdafiə Nazirliyi Baş Qərargahının Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitləri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukraynada yaşayan dəyərli alimlərimiz - Fərhad Turanlı , Arif Quliyev, Çeçen könüllü batalyonu komandirləri, Gürcü milli leqionu komandirləri, Kırımtatar könüllü batalyonunun şəxsi heyəti iştirak edib. 

Ukrayna - Azərbaycan Müharibə döyüşçüləri “Qardaşlıq Cəmiyyət” nin həmsədri Vidadi İsrafilov açılış nitqiylə çıxış edərək, qonaqları salamlayıb və tədbirin mahiyyətindən danışıb.

Qeyd edək ki, Vidadi İsrafilovuun rəhbəri olduğu təşkilat müharibə dövründə bir sıra layihələr həyata keçirib. Əsasən- müharibə şəraitində yaralılara, həlak olanlara və onların ailələrinə hüquqi yardım, müharibə zonasından hərbçilərin çıxarılması və mənəvi, sosial yardımlar istiqamətində işlər aparıb. Təşkilat tərəfindən həmçinin döyüşçülərə, həlak olanlara ölümündən sonra orden, medal və təşəkkürnamələr təqdim edilib.

Sözügedən tədbirdə də 160-a yaxın şəxs təltif olunub, Ukraynanın ən ali mükafatlarına layiq görülüblər. Tədbirdə media sektorunda fəaliyyət göstərən şəxslər, həmçinin bir neçə azərbaycanlı jurnalist də təltif olunub.

“AzPolitika.info”

Seçilən
34
azpolitika.info

1Mənbələr