Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində yeni rubrikaya start verir.

"Ekspert rəyi" adlanacaq layihədə gündəlik 3 matçı diqqətinizə çatdıracağıq. Təqdim edəcəyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçəcəyik.

Hər şey sadə və asandır. Elə isə başladıq...

1. Ekspert - Nurlan Valehoğlu

Oyun - "Turan Tovuz" - "Şamaxı"

Təxmin - Oyun Nəticəsi 1X2 - Turan Tovuz - Əmsal 1.48

Misli Premyer Liqasında 16-cı turun bağlanış matçında maraqlı mübarizəyə səhnə olacaq. Kurban Berdiyevin baş məşqçisi olduğu “Turan Tovuz” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. Çempionatda son qələbəsini sentyabr ayında əldə edən Ayxan Abbasovun komandası ölkə kubokunda da mübarizəni dayandırdı. Tovuzlular ilk dövrədə “Şamaxı”nın müqavimətini qıra bilməmişdi. Mənə elə gəlir ki, bu qarşılaşmada “Turan Tovuz” parlaq qələbə əldə edəcək.

2. Ekspert - Fərid Ramazanov

Oyun - "Qaziantep" - "Çaykur Rizespor"

Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,57

Türkiyə Super Liqasında son turların sabit klublarından biri "Çaykur Rizəspor" 15-ci turda "Qaziantep"in qonağı olacaq. "Qaziantep" klubu 2 tur öncə doğma meydanda "Başakşəhər" üzərində 3-0 hesablı parlaq qələbə qazansa da, ötən turda İstanbul səfərində "Fənərbağça"ya 1-3 hesabı ilə yenildi. Səlçuk İnanın çalışdırdığı komanda hazırda 15 xalla turnir cədvəlində 13-cüdür. "Çaykur Rizəspor" isə son 5 oyunda 4 qələbə qazanıb və yalnız 1 görüşdə uduzub. Ötən turda "Kayserispor" üzərində 3-0 hesablı inamlı qələbə qazanan "Çaykur Rizəspor" hazırda 19 xalla turnir cədvəlində 8-cidir. Hər 2 komanda məhsuldar çıxış edir deyə, bu matçda qarşılıqlı qolların vurulmasını gözləyirəm.

3. Ekspert - Tural Dadaşov

Oyun - Mets - Dünkerk

Təxmin - Hər İki Komanda Qol Vuracaq - Bəli - Əmsal 1,79

Fransa Liqa 2-nin 15-ci turuna "Mets"-"Dünkerk" matçı ilə yekun vurulur. 28 xala malik olan "Dünkerk" tur ərəfəsində şərikli lider mövqeyində idi. 25 xalı olan "Mets" isə tura 4-cü pillədə girib. Son 5 rəsmi oyunda uduzmayan "Mets" bu sırada 4 matçda qalib gəlib. Qonaqlar da son 5 rəsmi görüşdə məğlub olmayaraq 4 qələbə qazanıb. "Dünkerk" bütün yarışlarda son 15 oyunun 14-də qol vurub. Meydan sahibləri isə bu mövsüm çıxdığı 16 rəsmi matçın 14-də rəqib qapılarına yol tapa bilib. Bu görüşdə seçimim qarşılıqlı qollar variantı olacaq.

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...