Görünür, Suriyadakı Əsəd rejiminin belə qısa müddətdə devriləcəyini çoxları gözləmirdi, o cümlədən dünya liderləri də.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində Suriya Prezidenti Bəşər Əsədin çox sürətlə devrilməsinə münasibət bildirib.
Trampın sözlərinə görə, “təəccüblüdür ki, Əsəd daha çətin dövrlər yaşamış, amma yenə də hakimiyyətdə qala bilmişdi”: ”Təəccüblüdür, çünki o, illər boyu daha əlverişsiz görünən şəraitdə (hakimiyyətdə) qalmışdı və birdən üsyançılar bir araya gəlib böyük əraziləri ələ keçirdilər. İnsanlar uzun müddətdir ki, onun əleyhinə stavka edirdilər, amma bu, nəticə vermirdi. Ancaq deyəsən indi hər şey başqa cürdür”.
“AzPolitika.info”