AZ

Suriyanın son xəritəsi - Hansı qrup hansı əraziləri idarə edir? - FOTO

Xəbər verdiyimiz kimi, illərdir cəbhə xəttinin arxasında qalan üsyançılar, səkkiz ildən sonra noyabrın 27-də  Hələb vilayətinin qərbindəki kəndlərində hücuma keçiblər.

Milli.Az xəbər verir ki, müxalif qrupları Türkiyə sərhədindəki Hələb və İdlib əyalətlərindən cənuba doğru irəliləyərək Həmanı ələ keçiriblər. Həma Hələb və Dəməşqi birləşdirən 330 kilometrlik yolun üçdə birini əhatə edən kritik bölgədir. Bu yerin ələ keçirilməsi ilə Əsəd qüvvələrinin zərərsizləşdirildiyi bildirilib.

Bu yerin tutulması həm də müxalifətin Dəməşq də daxil olmaqla cənuba doğru irəliləməsinə yol açmış ola bilər. Əgər Dəməşq tamamilə müxalifət qüvvələrinin əlinə keçərsə, hökumət 14 əyalət mərkəzindən yalnız ikisinə tam nəzarət edəcək. Bu iki yer ələvilərin qalası olaraq görülən Latakiya və Tartusdur.

Hansı qrup hansı ərazilərə nəzarət edir?

HTS-in rəhbərlik etdiyi müxalif silahlı qruplar hazırda Suriyanın qərbində Hələb, Həma və Homs şəhərlərinə nəzarət edir. Qruplar cənuba doğru irəliləyərək cənub-qərbdə Dəməşqə daxil olub. Ölkənin ən cənub ucunda yerləşən Dera bölgəsi də HTS-in nəzarəti altındadır.

Dekabrın 7-nə olan məlumata görə, digər yerli rəqiblərin də Dera ətrafında böyük və kiçik əraziləri var.

Son hadisələrdən sonra qərb sahilində yerləşən Latakiya və Tartusun Suriyanın digər bölgələri ilə əlaqəsi kəsilib.Ölkənin şimal-şərq hissəsində böyük bir ərazi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) idarəçiliyi altındadır. Şimalın əhəmiyyətli bir hissəsi də Suriya Milli Ordusunun nəzarətindədir.

Ölkənin cənub-şərqində İraqla sərhəddə ABŞ-ın Əl-Tanf hərbi bazası yerləşir.

Dəranın şimal-qərbində isə  İsrailin işğalı altında olan Qolan təpələridir.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
64
1
milli.az

2Mənbələr