AZ

“Equinor” Azərbaycanda fəaliyyətini başa çatdırıb

Bakı. Trend:

“Equinor” şirkəti Azərbaycandakı və Nigeriyadakı fəaliyyətinimüvafiq olaraq 29 noyabr və 6 dekabr tarixlərində bağlananmüqavilələrlə başa çatdırıb.

Trend xəbər verir ki,“Equinor”un beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçıvitse-prezidenti Filipp Matye bu müqavilələrin əhəmiyyətinivurğulayıb.

“Bu addımlar bizə strategiyamızı həyata keçirməyə, maksimumdəyər əldə etməyə və investisiyaları ən yüksək gəlir gətirənsahələrə yönəltməyə imkan verir”, - o qeyd edib.

“Equinor” Azərbaycan portfelinə görə 745 milyon dollar,Nigeriyadakı aktivlərinə görə isə ümumi dəyəri 710 milyon dollarolan alqı-satqı müqaviləsi və əlavə şərti ödənişlər daxil olmaqla,1,2 milyard dollar əldə edib.

F.Matye şirkətin bu ölkələrdəki əməkdaşlarının, tərəfdaşlarınınvə təchizatçılarının töhfəsini qeyd edib.

“Birlikdə biz “Equinor” və ümumilikdə cəmiyyət üçün əhəmiyyətlidəyər yaratdıq. Əməyi keçən hər kəsə təşəkkür edir vəkomandalarımıza gələcək peşəkar fəaliyyətlərində uğurlararzulayıram”, - vitse-prezident vurğulayıb.

2023-cü ildə ilk dəfə elan olunan aktivlərin satışı neft-qazportfelinin optimallaşdırılması proqramının bir hissəsidir. Bu,şirkətə əsas regionlara diqqətini yönəltməyə və beynəlxalqmövcudluğunu gücləndirməyə imkan verir.

2024-cü ilin ilk üç rübündə Azərbaycandakı və Nigeriyadakıaktivlər müvafiq olaraq gündə orta hesabla 24 600 və 18 700 barelneft hasilatını təmin edib. Sövdələşmələrin 2024-cü ilin dördüncürübündə “Equinor”un nağd pul axınına müsbət təsir edəcəyi vəşirkətin maliyyə göstəricilərini yaxşılaşdıracağı gözlənilir.

Uzunmüddətli strategiyaya uyğun olaraq, “Equinor” 2035-ci iləqədər neft, qaz hasilatı və ticarətdən sonra vergi ödənilməkləillik 20 milyard dollar həcmində nağd pul axını proqnozlaşdırır.Beynəlxalq hasilat seqmenti bu hədəfə çatmaq üçün əsas rol oynamağadavam edəcək və 2030-cu ilə qədər pul axınının 50 faiz artacağıgözlənilir.

Seçilən
44
6
az.trend.az

8Mənbələr