AZ

Bəşər Əsədin 24 illik avtoritar hökmranlığıbaşa çatdı -BAŞ NAZİR HAKİMİYYƏTİ TƏHVİL VERMƏYƏ HAZIRDIR

Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.

 

“Reuters” xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.

 

“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.

 

“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, üsyançılar Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.

 

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.

 

Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək: “Vətənimizin bir parçası olan heç kimə zərər verməyəcəklərini təsdiqləyən rəqiblərə əlimizi uzadırıq. Biz onlarla elə işləməyə hazırıq ki, onlara hər cür köməklik göstərək və dövlət obyektlərinin təhlükəsizliyini təmin edərkən dövlət işlərini mərhələli şəkildə təhvil verək” .

 

“Reuters” və  CNN isə xəbər verirlər ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsinin naməlum istiqamətə uçduğu bildirilir.


Seçilən
53
34
senzor.az

10Mənbələr