AZ

İsrail hərbçilərinə Suriya ilə bufer zonada nəzarəti təmin etmək əmri verilib

İsrailin müdafiə naziri İsrael Kats hərbçilərə İsrail və Suriya arasındakı bufer zonada tam nəzarəti təmin etmək əmri verib.
 
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
 
"Müdafiə naziri İsrael Kats hərbçilərə Suriyanın cənubunda, o cümlədən bufer zonadan kənarda İsrailə təhlükə yarada biləcək strateji silahlar və terror infrastrukturundan azad təhlükəsiz sektor yaratmağı əmr edib", - məlumatda bildirilib.
 
Nazirin digər göstərişləri arasında Suriyanın cənubundakı druzlar və digər icmalarla əlaqələr qurmaq, İrandan Suriya ərazisi vasitəsilə Livana silah qaçaqmalçılığının bərpası cəhdlərinin dərhal qarşısını almaq var.
 
Bundan əlavə, o, Hava Hücumundan Müdafiə (HHM) sistemlərini və zenit, qanadlı, eləcə də uzaq mənzilli raketləri və s. məhv etməyi əmr edib.
Seçilən
37
1
moderator.az

2Mənbələr