Suriya ordusunun gələcək taleyi qeyri-müəyyəndir və yeni komandanlığın qərarlarından asılı olacaq.
“Far.Az” xəbər verir ki, bunu Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali “Sky News Arabia” telekanalına bildirib.
"Suriya ordusunun taleyi haqqında suala cavabım yoxdur. Bu, komandanlığı kimin öz üzərinə götürəcəyindən asılı olacaq", - o qeyd edib.
Hazırkı vəziyyəti şərh edən baş nazir respublikada təhlükəsizliyin möhkəmləndirilməsinin əsas vəzifə olduğunu deyib və Suriya xalqının son illər ərzində yorulduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın silahlı müxalifət birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib, dekabrın 7-də axşam saatlarında bir neçə böyük şəhəri - Hələb, Həma, Dəra və Homsu ələ keçirib. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı əl-Cəlali respublikada hakimiyyətin dinc yolla təhvil verilməsinə hazır olduğunu bildirib. Rusiya Xarici işlər Nazirliyinin məlumatına görə, Bəşər Əsəd hakimiyyətin dinc yolla təhvil verilməsi barədə göstəriş verərək prezident postunu və ölkəni tərk edib.