AZ

Bəşər Əsədi buna görə devirdilər…

Qəddafi pis idi, diktator idi, devirdilər. Səddam da pis idi, diktator idi, devirdilər. Əsəd də pis idi, onu da devirirlər. Bu pis və qəddar diktatorlardan sonra həmin dövlətlər çiçəkləndimi? Firavan, hakimiyyətin real bölgüsü olan xalq tərəfindən seçilən hakimiyyətlər bərqərar oldumu və ya olacaqmı? Onlar diktator olduqlarına görə yox, dünya güclərinə müqavimətə görə devriliblər.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
“Onlar devrildikdən sonra əminamanlıq, firavanlıq, demokratiya gəlmədisə və əksinə dövlətçilik süqut etdisə, vətəndaş, tayfa, təriqət müharibələri davam edirsə, o zaman xalqların qazancı nə oldu? Suallar çoxdur. Kənardən azarkeşlik etmək ayrı məsələdir”, deyə S.Məmmədov əlavə edib.

Nigar

Seçilən
53
tribunainfo.az

1Mənbələr