Əsədin devrilməsi ilə Suriyada 3 dövlətin qurulacağı ilə bağlı şayiələr gəzir. Bəs Suriyanın aqibətini nə gözləyir?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Suriya Ərəb baharına duruş gətirən yeganə ərəb ölkəsi idi. 2011-ci ildə beynəlxalq güclərin dəstəyi və birbaşa müdaxiləsi ilə Suriyada başlanmış vətəndaş müharibəsinin ölkənin daxili sosial, iqtisadi problemləri ilə bağlı olmadığı bəlli idi.
Politoloqun sözlərinə görə, Liviyada olduğu kimi Suriyada da Əsədə muxalif əhali ölkəyə kənardan, Əsəd hakimiyyətinin devrilməsinə çalışan qüvvələr tərəfindən gətirilmişdi. Suriyadan keçən neft və qaz kəmərləri üçün ona təklif olunan şərtləri qəbul etməyən Əsədi belə bir aqibətin gözləyəcəyini proqnozlaşdırmaq olardı.
“Əsəd iki böyük layihənin həyata keçirilməsi işində keçilməz səddə dönmüşdü. Qatar qazının bəlli marşurutla Qərb bazarlarına çıxarılması, burada Rusiyanın şəriksiz hökmranlğına son qoymaqla, Avropanın Rusiyadan olan enerji asılığını aradan qaldırmalı, Avropa Rusiya münasibətlərində ABŞ-ın həyati maraqlarına cavab verəcək şəraitin formalaşmasına sirayət etməli idi.
Digər tərəfdən Böyuk Kürdistan layihəsinin növbəti mərhələsinə keçid Suriya ərazisinin nəzarət altına alınmasını vacib edirdi. Böyük Yəhudi Padşahlığı ilə bağlı layihədə də Suriyaya önəmli yer ayrılmışdı. Suriyada Əsəd rejiminin çökməsi İraq və Türkiyə ilə bağlı layihələrə keçid üçün əsas olacaqdı. Bunu İraqın Əbdullah hərəkatının baş katibi Seyid Haşim Əl Heydəri də qeyd edir. O ,Suriyadan sonra növbənin İraqa çatacağını deyib. Bir müddət əvvəl Türkiyə prezidenti Ərdoğan da Suriyadan sonra Türkiyənin hədəfə gələcəyini söyləmişdi. 2015-ci ildə Rusiyanın Suriyada yaşanan hadisələrə müdaxiləsi Əsədi devirmək istəyənlərin planlarını pozsa da onlar bütövlükdə bu layihənin icrası ilə bağlı istəklərindən imtina etməmişdilər. Yalnız münasib vaxt və məqam gözləyirdilər. Ukrayna ilə savaşın daha gərgin bir fazaya keçməsi, İranın isə Fələstin və Livanda Hizbullah və Həmasa dəstək məqsədilə hadisələrə müdaxiləsi Əsədə dəstək verən tərəflərin qüvvələrinin parçalamasına gətirib çıxartdı ki, bu amildən də Əsəd əleyhadarları məharətlə istifadə etdilər. Suriya 4 istiqamətdən bu ölkənin legetim hakimiyyətini devirmək istəyən qüvvələrin hücumlarının qarşısını almaq məcburiyyətində idi. Şimal şərqdən ABŞ-la bağlı HTS şimaldan Türkiyənin dəstək verdiyi Suriya Azadlıq Ordusu ,cənub qərbdən druzlar, nəhayət cənubdan kürdlər. Lakin, Əsəd hakimiyyətinin yıxılması 2020- ci ildə atəşkəsin əldə edildiyi dövrdən bəri Əsəd iqtidarının vətəndaş müharibəsi və xarici hərbi müdaxilə nəticəsində ölkəni bürümüş dağıntı, səfalət və aclığı aradan qaldırmaq üçün zəruri tədbirləri, islahatları həyata keçirə bilməməsi oldu. Əslində, ona bu imkanı vermədilər də. Əsədin beynəlxalq izolyasiyadan çıxmaq üçün atdığı addımlar onu devirmək istəyənlərin diqqətindən yayınmadı. Əsədin uzun fasilədən sonra Ərəb dövlətlərinin Liqasında görsənməsi, Ərdoğanın onunla dialoq aparmaq istəyi, Rysiyaya olan vizitlər göstərir ki, onun beləcə 12 gün ərzində devriləcəyi gözlənilən deyildi. Lakin, əlahəzrət fakt Əsədin artıq devrildiyini deyir. Artıq Suriyanın ən yeni tarixində post Əsəd dövrü başlayır, bu dövrü görmək və onun gəlişini sürətləndirmək istəyən tərəflər şübhə yoxdur ki, maraqlar toqquşduğundan uzun müddət ortaq məxrəcə gələ bilməyəcəklər. Artıq post Əsəd dövrunun əsas oyunçularının Türkiyə, ABŞ və Vaşinqtonla bağlı qüvvələr olacağı birmənalıdır. Ankara ABŞ və İsrailin regionla bağlı geosiyasi maraqlarına duruş gətirmək üçün Moskva və Tehranla dialoqu genişləndirməyə məcburdur, zira Suriyadan sonra Türkiyənin hədəf olacağını Ərdoğan özü bəyan etmişdi”.
Dəniz