AZ

"Azərbaycan Dəmir Yolları" cərimələnir

"Azərbaycan Dəmir Yolları" QSC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: QSC-nin rəhbəri Rövşən Rüstəmovdur. 

Tarix: 9 Dekabr 2024, 12:15   
phrase_var_article.chosen
44
5
pravda.az

6phrase_var_article.sources