AZ

Cənubi Koreya prezidentinin ölkəni tərk etməsinə qadağa qoyulub

Cənubi Koreyanın Ədliyyə Nazirliyi prezident Yun Sok Yola ölkədən kənara çıxmağı qadağan edib...

Poliqon xəbər verir ki, bu barədə “Yonhap” Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, polis əvvəllər səyahət qadağasını qiyam araşdırmasının bir hissəsi kimi nəzərdən keçirmişdi. Prezident və bir neçə məmur ötən həftə tətbiq edilən hərbi vəziyyətə görə dövlətə xəyanət, qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə üzləşiblər.

Polis işi araşdırmaq üçün 150 nəfərdən ibarət müstəntiq qrupu yaradıb. “Yonhap” qeyd edib ki, Yüksək Vəzifəli Məmur Korrupsiyasının Araşdırılması İdarəsi polis və prokurorlardan işi onlara təhvil vermələrini xahiş edib.

Xatırladaq ki, prezident Yun Sok Yol dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan edib. Qərar bir neçə saat ərzində ölkədə qüvvədə olub və daha sonra parlament tərəfindən ləğv edilib.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr