Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib.
Komanda bu gün təlim-məşq toplanışına başlayacaq. Zədə səbəbindən “Araz-Naxçıvan” klubunun və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcək.
Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK)
Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”)
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.