Yasamal rayonu, Nəriman Nərimanov prospektində (Mərkəzi Parkın yaxınlığı) yeni nəsil düyməli piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Bu barədə “Qafqazinfo”ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeniliyin tətbiqi ilə həm yaxınlıqda yaşayan sakinlər, həm də Mərkəzi Parka gələn vətəndaşlar keçiddən rahat şəkildə istifadə edə biləcəklər.
Qeyd edək ki, ərazidə eynisəviyyəli piyada keçidinin tənzimlənməməsi səbəbindən tez-tez qəzalar baş verirdi.