AZ

Cənubi Koreyanın prezidentinə ölkədən çıxmaq qadağan olundu

Cənubi Koreyada dövlət başçısı Yun üçün səyahət qadağası tətbiq edilib.

Valyuta.az "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyada yüksək vəzifəli şəxslərlə bağlı Korrupsiya Araşdırma İdarəsinin (CIO) nümayəndəsi Oh Donq-un, Milli Assambleyada verdiyi açıqlamada, Yun Sok Yol (Yoon Suk Yeol) haqqında səyahət qadağası tətbiq edilməsi üçün istintaqçılara lazımi təlimatları verdiyini açıqlayıb.

Oh Donq-un göstərişindən sonra Cənubi Koreya Ədliyyə Nazirliyi Yunla bağlı səyahət qadağasının qüvvəyə mindiyini açıqlayıb.

Yunla bağlı istintaqı aparan polis rəsmisi isə qeyd edib ki, sübut xarakterli materialların təmin edilməsi prioritetdir və bu çərçivədə "ölkədən çıxma ehtimalı da daxil olmaqla" ətraflı qiymətləndirmə aparılıb.

Rəhim

Seçilən
50
2
valyuta.az

6Mənbələr