İsrail hökuməti Colan təpələrində Suriya ilə sərhəddə bufer zonanın işğalı barədə ABŞ rəhbərliyini əvvəlcədən məlumatlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrail hakimiyyəti bundan əvvəl ABŞ prezidenti Co Baydenin administrasiyasına İsrail dövlətinin silahlı qüvvələrinin Colan təpələrindən kənarda Suriya ərazisinə daxil olması barədə məlumat verib.