Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Bu günlər bayram olmaqla yanaşı həm də bəzi insanlar üçün azadlıq gününə çevrilir. Çünki Azərbaycan Respublikasının Prezidenti tərəfindən əvvəlki illərdə 31 dekabr ərəfəsində əfv sərəncamları imzalanıb.
Nəzərə alaq ki, 1995-ci ildən bu günə qədər 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü Ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib. Nəticədə minlərlə ailə sevinib.
Bəs Yen il ərəfəsində növbəti əfv sərəncamı gözlənilir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Respublikasnın Prezidentiı yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması humanizm prinsiplərinə əsaslanır və bu qərarlar adətən əlamətdar tarixlərdə və ya xüsusi hadisələrlə əlaqədar qəbul edilir:
“Məsələn, 2024-cü il mayın 25-də Prezident İlham Əliyev 154 nəfərə şamil edilən əfv sərəncamı imzalayıb. Əfv sərəncamlarının imzalanma tezliyi və tarixi əvvəlcədən müəyyən olunmur və bu qərarlar Prezidentin səlahiyyətindədir. Tarixən, əfv sərəncamları müxtəlif vaxtlarda, o cümlədən əlamətdar günlərdə imzalanıb. Məsələn, 2023-cü il mayın 8-də Ümum milli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə imzalanan əfv sərəncamı 801 məhkuma şamil edilib ki, bu da müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı əfv aktı hesab olunur.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də belə əlamətdar tarixlərdən biridir. Lakin nəzərə alaq ki, 2024-cü ilin may ayında əfv sərəncamı imzalandığından, ilin sonuna qədər, növbəti əfv sərəncamının olmasına yüksək ehtimal vemirəm.
Amma bütün hallarda əfv hüququ cənab Prezidentin müstəsna Konstitusion hüququ olduğundan, nə zaman verilməsi haqqında qərarı cənab Prezident qəbul edir”.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta