Xarici işlər naziri Hakan Fidanın diplomatik fəaliyyətləri davam edir.
Xarici işlər naziri Hakan Fidan latviyalı həmkarı Baiba Braze, Çexiya XİN rəhbəri Yan Lipavski, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd İshaq Dar və ingiltərənin XİN rəhbəri Lammy ilə telefon danışıqlarında Suriyadakı hadisələri müzakirə edib.
Fidanın Çexiyanın xarici işlər naziri Lipavski ilə telefon danışığında Suriyadakı son hadisələr müzakirə edilib və Suriyanın ərazi bütövlüyü və siyasi birliyi çərçivəsində sabitlik və sülhün bərqərar olmasının vacibliyi vurğulanıb.
Nazir Fidanın pakistanlı həmkarı ilə görüşündə Suriyanın sabit və firavan olması üçün terror təşkilatlarına qarşı mübarizənin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Fidanın Latviyanın xarici işlər naziri Baiba Braze ilə görüşündə Suriyadakı hadisələr və onların mümkün regional təsirləri qiymətləndirilib.
Fidanın britaniyalı həmkarı Lammi ilə telefon danışığında Suriyada baş verən son hadisələr dəyərləndirilib, bu ölkədəki vəziyyətin qlobal və regional səviyyədə mənfi nəticələrinin qarşısını alacaq addımlar müzakirə edilib.
Qeyd edək ki, noyabrın 27-də Suriyada hökumət qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar şiddətlənib.
Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə hökumət qüvvələri burada və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib.
Dünən ölkədə Baas Partiyasının 61 illik hakimiyyəti sona çatdığı bir vaxtda Bəşər Əsəd paytaxtdan qaçıb.