AZ

Prezidentə ölkədən çıxmaq qadağan edildi

Cənubi Koreyanın Ədliyyə Nazirliyi prezident Yoon Seok-yeola ölkədən kənara çıxmağı qadağan edib. Editor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yazıb.

Polis əvvəllər səyahət qadağasını qiyam araşdırmasının bir hissəsi kimi nəzərdən keçirmişdi. Prezident və bir neçə məmur ötən həftə tətbiq edilən hərbi vəziyyətə görə dövlətə xəyanət, qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə üzləşiblər. Polis işi araşdırmaq üçün 150 nəfərdən ibarət müstəntiq qrupu yaradıb. Agentlik qeyd edir ki, yüksək vəzifəli məmur korrupsiyasının araşdırılması İdarəsi polis və prokurorlardan “ədalət suallarını” əsas gətirərək, işi onlara təhvil vermələrini xahiş edib.

Prezident Yoon Seok-yeol dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan edib. Qərar bir neçə saat ərzində ölkədə qüvvədə olub. O, qərarını Şimali Koreyayönlü qüvvələrdən müdafiə kimi izah edib. Dekabrın 8-də müdafiə naziri Kim Yonq Hyun həbs edilib. Cənubi Koreya parlamenti prezidentə impiçment elan edə bilməyib, lakin hakim partiya hesab edir ki, dövlət başçısının istefası qaçılmazdır. Cənubi Koreyanın korrupsiyaya qarşı mübarizə orqanı prezidentin fitnə ilə bağlı həbsini dəistisna etməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr