AZ

ABŞ Trampın Suriya qərarını gözləyir: ÇAĞIRIŞ

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp təhlükəsizlik səbəbindən Birləşmiş Ştatlar qoşunlarını Suriyadan dərhal çıxarmağa qərar verməlidir.

Publika.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Davisin sözlərinə görə, Birləşmiş Ştatlar Suriyadan 900 amerikalı hərbçini dərhal çıxarmalıdır. O vurğulayıb ki, Vaşinqton bu qədər az sayda döyüşçüdən heç bir fayda əldə etməyəcək, ona görə də onların öz təhlükəsizliyi üçün dərhal ölkədən çıxarılması lazımdır.

Polkovnik-leytenant deyib ki, Vaşinqtonun Suriyadakı münaqişə ilə heç bir əlaqəsi olmamalıdır. O, həmçinin ABŞ-ın orada marağının olmadığına dair bəyanatı dəstəkləyib.

Seçilən
59
41
publika.az

10Mənbələr