AZ

Suriya müxalifəti Rusiya hərbi bazasının yerləşdiyi Tartusa nəzarət edir

Mənbənin sözlərinə görə, müxalifətçilər Rusiyanın Tartus və Xmeymimdəki bazalarına müdaxilə etməyiblər.
Turkustan.az xəbər verir ki, Suriya silahlı müxalifəti Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətinə tam nəzarət edir. Bu barədə TASS-a Suriya əyalətindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, müxalifət Suriya prezidenti Bəşər Əsədin devrilməsini elan edən zaman silahlı dəstələr Tartus və Cebla ərazilərinə daxil olub. Mənbə onu da vurğulayıb ki, müxalifətçilər Tartus və Xmeymimdəki Rusiya bazalarına müdaxilə etməyiblər.

Müxalifət dünəndən bəri Latakiya əyalətini, o cümlədən Tartus və Cebla şəhərlərini tam nəzarətə götürüb.

Daha əvvəl TASS-a hadisə şahidləri bildiriblər ki, silahlı Suriya müxalifətinin üzvləri Ceblaya daxil olublar. Agentliyin həmsöhbətinin sözlərinə görə, dekabrın 8-i günorta saatlarında silahlılar şəhərin mərkəzində olub və havaya atəş açıblar, lakin Rusiya hərbçilərini hədələməyiblər.
Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
turkustan.az

1Mənbələr