AZ

Rusiya mediası: "Bəşər Əsəd qaçdıqdan sonra Moskvaya sığınıb"

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd və ailəsi Moskvaya gedib, Rusiyanın dövlət xəbər agentlikləri məlumat yayıb.

Xəbərlərdə Əsəd və ailəsinə Rusiya tərəfindən sığınacaq veriləcəyi də bildirilir.

BBC müstəqil şəkildə məlumatı yoxlaya bilməyib.

Suriyanın keçmiş Prezidenti bir həftə əvvəl Dəməşqdə İranın xarici işlər naziri ilə görüşündən sonra media qarşısında görünməyib.

Həmin gün o, Suriyada artıq sürətlə əraziləri ələ keçirən üsyançıları "əzəcəyinə" söz vermişdi.

Bəşər Əsəd bu həftəsonu üsyançılar paytaxta girən zaman qaçıb.

Bazar günü üsyançı HTS-nin lideri Əbu Məhəmməd əl-Cövlani Dəməşq məscidində izdiham qarşısında çıxış edib.

Üsyançılar qələbələrini televiziya vasitəsiylə elan edərək, siyasi məhbusları azad ediblər.

Suriyanın müxtəlif yerlərindən gələn insanlar sevinc içində Əsədin yaşadığı saraylardan birinə soxularaq, oranı talan ediblər.

Videoya Youtube-da baxın.

Seçilən
43
34
bbc.com

10Mənbələr