Suriya diktatoru Bəşər Əsəd rejimi süqut etdikcə ruslar ölkədəki hərbi bazalarını köçürmək üçün əllərindən gələni etməyə çalışırlar.
Aviasiya eksperti, elektron müharibə avadanlığının istehsalı üzrə şirkətin baş direktorunun müavini Anatoli Xrapçinski orada baş verənləri “Hromadske” radiosuna danışıb.
Ekspertin fikrincə, Suriyadakı Rusiya aviabazasının komponenti “olduqca güclü” idi. Ruslar orada Su-34, Tu-22M3, Tu-160, Su-30, Su-29, MiQ-29, A-50, İl-76, İl-20 və s. təyyarələri yerdirmişdi. Bundan əlavə, Moskva orada ilk dəfə X-101 raketindən də istifadə edib. Xrapçinski qeyd edib ki, “həmin bazada çoxlu sayda təyyarə yerləşirdi”. Təyyarələri qorumaq üçün hava hücumundan müdafiə sistemi də lazım idi. Beləliklə, bu, bir hazır komanda məntəqəsi idi.
Ekspertin sözlərinə görə, rusların nəyi götürməyə vaxtı olacağı məsələsi sual doğurur. Çünki Türkiyənin onlara hava dəhlizi verəcəyi, yoxsa təyyarələri İrana çatdırıb-çatdırmayacaqları məlum deyil. Xrapçinski qeyd edib ki, “bu, amerikalıların Əfqanıstanı tərk etməsindən daha biabırçı olacaq”.
//Samir Qurbanov, Editor.az