Muay-tay üzrə Azərbaycan millisi Türkiyədə ənənəvi keçirilən “Antalya Open Cup”da mübarizə aparıb.
İdman.biz xəbər verir ki, idmançılarımız yarışı 10 - 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.
Komandamızın heyətində Necati Əliyev (58 kq), Rəvan Əhmədov (38 kq) və Məhəmməd Əmrəliyev (81 kq) qalib adına yiyələniblər.
İzzət Həsənov (57 kq), Sadiq Ağayev (75 kq) və Tünzalə Əliyeva (54 kq) gümüş medal əldə ediblər. Hüseyn Hüseynli (51 kq), Kənan Hüseynov (63,5 kq), Səməndər İsgəndərov (86 kq) və Aysu İslamova (48 kq) isə 3-cü yeri tutublar.
Qeyd edək ki, yığmamız 10 medalla turnirə qatılan 28 ölkə arasında 5-ci olub.
Emin Ağa
İdman.biz