Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyət göstərmir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
O qeyd edib ki, ölkəmizin Suriyada səfirliyi, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyətini dayandırıb.
Səməd Seyidov Komitənin bugünkü iclasında deyib ki, 2001-ci ildə "Diplomatik xidmət haqqında" qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:
“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.