AZ

Məşhur plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza gözlənilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, artıq aidiyyəti qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüb.
Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.
Eyni zamanda, səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul edilib.
O da bildirilib ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.
Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.
Məlumat üçün bildirək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və sertifikatların verilməsində səhiyyə nazirinin müavini İlqar Qasımov və şöbə müdiri Səid Rüstəmovun adları çəkilir.
Seçilən
65
50
oxu.az

10Mənbələr