AZ

Kris Pol Ceyson Kiddini geridə qoydu

"San-Antonio" klubunun üzvü Kris Pol Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox məhsuldar ötürmə edən ikinci oyunçu ünvanına sahib çıxıb.

Fanat.Az xəbər verir ki, 39 yaşlı basketbolçu bunu "Nyu-Orlean Pelikans”a qalib gəldikləri (121:116) müntəzəm mövsümün matçında həyata keçirib.

O, həmin görüşdə 10 assistlə yadda qalıb. Pol NBA-da məhsuldar ötürmələrinin sayını 12099-a çatdırıb və bu göstəricidə keçmiş oyunçu Ceyson Kiddi (12091) geridə qoyub.

Rekord sabiq basketbolçu Con Stoktona məxsusdur - 15806 assist.

Seçilən
44
fanat.az

1Mənbələr