Suriyadakı mövcud proseslə bağlı qiymətləndirmələr edən Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyada yeni bir dövrün başladığını bildirib.
Musavat.com xəbər verir ki, nazir bildirib ki, Hakan Fidan Suriyada Bəşər Əsədin devrilməsi və müxalifətin hakimiyyəti ələ keçirməsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Hakan Fidanın açıqlamalarından diqqət çəkən məqamlar:
"Suriyada dünənki hadisələr bizim üçün bir ümid işığı oldu. Biz beynəlxalq aktorların, xüsusilə də BMT-nin Suriya xalqı ilə əlaqə saxlamalarını və əhatəli hökumətin qurulmasına dəstək vermələrini gözləyirik. Biz bəri başdan deyirik ki, Suriyada daimi həll, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Lakin bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim öz xalqı ilə barışmağa çalışmadı. Xüsusən də rejimin prezidentimizin etdiyi çağırışlara cavab verməməsi nə qədər haqlı olduğumuzu ortaya qoydu. Bu nöqtədə Suriyada yeni bir dövr başlayıb. İndi diqqəti gələcəyə yönəltmək lazımdır. Gələcəkdə biz müxtəlif etnik və dini qrupların inklüziv idarə altında yaşadığı Suriyanı istəyirik. Qonşuları ilə yaxşı münasibət quracaq, bölgəsinə sülh və sabitlik gətirəcək yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə biz bütün tərəflərlə, xüsusilə regional aktorlarla lazımi dialoqu və koordinasiyanı davam etdiririk. Türkiyə bundan sonra Suriyanın ərazi bütövlüyünü, siyasi birliyini, rifahını, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün öhdəlikləri üzərinə götürməyə davam edəcək. Biz suriyalıların təhlükəsiz və könüllü qayıtması və ölkənin yenidən qurulması üçün işimizi davam etdirəcəyik. Suriyalılara çətin günlərində kömək edən Türkiyə, Şamda açılan yeni səhifədə də onların yanında olacaq. Suriya xalqının bu qızıl fürsətdən yaxşı istifadə edəcəyinə inanırıq”.
Musavat.com