AZ

“Bunun qanunda mövcud olmaması çətinliklər yaradır”

“Mən deyə bilərəm ki, ümumiyyətlə, bəzi hallarda məsələlər olur ki, onların tənzimlənməsi heç bir normativ-hüquqi aktda mümkün olmur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanun layihəsi ilə bağlı çıxışında bildirib.

“Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsindən irəli gələn vəzifələrin icrası ilə yanaşı, diplomatik xidmət orqanlarının fəaliyyətinin və bu orqanlarda xidmətkeçmənin hüquqi əsaslarının müəyyən edilməklə tənzimlənməsinin təmin edilməsi, diplomatik xidmətin təşkilində qarşıya qoyulan prioritet məsələlərdir.

Dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmət orqanlarının sistemi əhəmiyyətli dərəcədə böyüyüb. Bizim missiyaların ümumi sayı 88-ə çatıb və həmin orqanlarda eyni zamanda üzərinə düşən vəzifələr genişlənib. Bu da öz növbəsində diplomatik xidmət orqanlarında fəaliyyətin müasir tələblərə uyğun şəkildə qarşılıqlı hüquq və vəzifələri tənzimlənməsini tələb edir.

Hazırda diplomatik xidmət orqanları sistemində xidmətkeçmədə rast gəlinən bir sıra məsələlərin tənzimlənməsinə dair müddəaların qüvvədə olan “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda mövcud olmaması həmin məsələlərin həllində çətinliklərə səbəb olur və onların tənzimlənməsi üçün Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının ümumi normalarına istinad etmək məcburiyyəti yaranır”, - deyə XİN rəsmisi əlavə edib.

Nuranə Daxilqızı

Seçilən
28
qafqazinfo.az

1Mənbələr