Suriyada silahlı müxalifət 27 noyabr Çərşənbə günü başlatdıqları əməliyyatla 61 illik Baas rejimini 12 gün ərzində devirərkən, Suriya Milli Ordusundan diqqətçəkən bir addım diqqət çəkib.
Musavat.com xəbər verir ki, terror təşkilatı PKK/YPG-nin işğalı altında olan bütün Menbic bölgəsinə nəzarəti ələ keçirən Suriya Milli Ordusu, Fərat çayının qərbindəki ən böyük terror yuvasını təmizləyib.
Əməliyyat çərçivəsində Suriya Milli Ordusu Menbic şəhərinin qərbindəki Ureyme qəsəbəsi və şimaldakı Um Dadat kəndini də terrorçulardan təmizləyib. SMO Şimal və qərb xəttindən rayona daxil olaraq rayonu nəzarətə götürüb. Beləliklə, hərbi müxaliflər Fərat çayının qərbindəki ən böyük terrorçu yuvasını xilas ediblər.
Qeyd edək ki, Bəşər Əsədin tədricən terrorçuların ixtiyarına verdiyi Menbic eyni zamanda ABŞ-nin dəstəklədiyi terror təşkilatının illərdir işğal etdiyi Fərat çayının qərbindəki ən böyük yuvası olub. Hazırda rayon ərazisində mina və tələlərə qarşı axtarış və yoxlama işləri aparılır.
Musavat.com