AZ

Əli Hüseynli: Bəzi səfirlər Azərbaycanın daxili işlərinə müdaxilə edirlər

Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlər, diplomatik nümayəndələr Azərbaycanın daxili işlərinə müdaxilə edirlər.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, hazırlanan bu qanun layihəsi həm də ölkəmizdə fəaliyyət göstərən diplomatlar üçün bir nümunədir: “Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkələrin diplomatik nümayəndələri ölkədəki QHT-lər və media ilə guya əməkdaşlıq adı altında bizim daxili işlərə müdaxilə edir, hansısa yollar göstərirlər. Son vaxtlar insan hüquqları və digər məsələlərlə bağlı düşünülməmiş bəyanatlar verirlər. Hesab edirəm ki, bizim bu qanun çox yaxşı nümunədir”.

Seçilən
21
4
xalq.az

5Mənbələr