AZ

Daha bir klub Türkiyə kubokundan imtina etdi

Türkiyə Futbol Federasiyası Superliqada oynayan daha bir klubun 2024/25 mövsümü ölkə kuboku uğrunda yarışda iştirak etməyəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, TFF yaydığı açıqlamada "Kasımpaşa"nın sözügedən yarışa qatılmayacağı haqda dekabrın 7-də federasiyaya məktub ünvanladığı bildirib. Federasiya bu səbəbdən həmin klubun kubok yarışında oynamayacağını elan edib.

Xatırladaq ki, daha əvvəl TFF "Fənərbaxça"nın da bu yarışda iştirak etməyəcəyini açıqlayıb.

Türkiyə mətbuatının yazdığına görə “Fənərbaxça” və “Kasımpaşa” ölkə kubokunda iştirakın onların maliyyə öhdəliyinə cavab verməməsi səbəbindən bu addımı atıb.
 

Seçilən
39
40
unikal.az

10Mənbələr