AZ

Universitetlərarası əməkdaşlıq davam edir

   Azərbaycan Turizm və Menecment Universitetində Rumıniyanın Aleksandr İon Kuza adına Yassı Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib. ATMU-nun rektoru İlham Mədətov rumıniyalı professorlar  – Ludmila Bejenaru, Alexandra Chiriac Alexandru Maxim, Mihai Bulai və Claudiu Costini universitetdə salamlamaqdan məmnunluğunu bildirib.Universitetlərarası əməkdaşlığın  önəmli olduğunu diqqətə çatdırıb. 

   Universitetin tədris işləri üzrə prorektoru Zaur Bağırov, turizm və qonaqpərvərlik və biznes idarəçiliyi fakültələrinin dekanları–Bahadur Bilalov və Vüqar Nəzərovun iştirakı ilə keçirilən  tanışlıq görüşündə  təhsil ocağlnda tədris prosesinin təşkili, mövcud təhsil proqramları və kadr hazırlığı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. ATMU-nun Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva görüş əsnasında birgə elmi layihələrin həyata keçirilməsi, ortaq tədqiqat qruplarının yaradılması və elmi məqalələrin hazırlanmasının əhəmiyyətindən danışıb. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və strukturun mütəxəssisi İranə Axundovanın iştirakı ilə baş tutan digər görüşdə isə beynəlxalq əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramlarının işlənib hazırlanması və akademik şəbəkələrin inkişafı istiqamətinə münasibət bildirilib.

    Görüş çərçivəsində turizm və qonaqpərvərlik və biznes idarəçiliyi fakültələrinin tələbələri üçün infosessiya təşkil edilib. Rumıniyanın Aleksandr İon Kuza adına  Yassı Universitetinin professorları  bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil imkanları, beynəlxalq təcrübənin əhəmiyyəti və tədris proqramlarının oxşarlığı haqqında danışıblar. Qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

 

 Z.HÜSEYNOVA

XQ

.

Seçilən
26
xalqqazeti.az

1Mənbələr