AZ

"Xocalı soyqrımıhaqqında sənədli və bədii filmlər çəkilməlidir"

"Xocalı Azərbaycanın hər zaman yaralı yeridir. Xocalıda bizə qarşı ən böyük soyqırım törədilib. Ermənistanın bu cinayətə görə cavab verməyinin  də zamanı gələcək. 
Müzəffər Azərbaycan ordusu işğala son qoydu. Xocalı Vətənə geri qaytarıldı".


Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

"İndi Azərbaycan xalqı özünün müqəddəs hesab etdiyi yerlərdən biri olan Xocalıya rahat şəkildə səfər edə bilir. Soyqırım qurbanlarını yad edir. Ermənistanda artıq əmin olublar ki, Azərbaycan Xocalıya görə əvvəl-axır beynəlxalq səviyyədə hesab soruşacaq".

O bildirib ki, Xocalı soyqrımı və digərləri haqqında sənədli və bədii filmlər çəkilməlidir:

"Soyqrımla bağlı kifayət qədər material da mövcuddur. Azərbaycanın kino sənayesi bunlardan istifadə edə bilər.Xocalı ilə bağlı faktları yalnız ölkə ərazisindəki mətbuat deyil, beynəlxalq mətbuat qurumlarına çıxarmaq lazımdır. Xocalıda soyqırımın törədiliyi ərazilərdə xatirə kompleksinin yaradılması faciənin unudulmamasında  önəmli rol oynaya bilər".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
36
demokrat.az

1Mənbələr