AZ

Deputat: "Diplomatik xidmət haqqında" yeni qanun layihəsi keçmiş səfirlərə də şamil olunmalıdır

"Diplomatik xidmət haqqında" yeni qanun layihəsində nəzərdə tutulan imtiyazlar keçmiş səfirlərə də şamil olunmalıdır.

“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Rasim Musabəyov parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

O, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərmiş keçmiş səfirlərin təqaüdlərinin aşağı olmasını bununla izah edib:

"Sabiq səfirlərin yeni qanun layihəsinə uyğun olaraq, təqaüdlərinə baxılması yaxşı olar".

Seçilən
9
ikisahil.az

1Mənbələr