AZ

Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT - “Oğlumu türmədə ölümə təhrik edirlər”

ÖmrülükGəncə şəhər sakini Hüseynova Mehriban Cəlil qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, ömürlük həbsə məhkum edilən oğlu həbsxanada özünü öldürmək həddinə çatdırılıb:“Mən, Hüseynova Mehriban Cəlil qızı, yazaraq bildirirəm ki, oğlum Əliyev Astan Əli oğlu hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 3 qrup əlilə ömürlük həbs veriblər.Oğlumun sinəsi batıqdı, nəfəs ala bilmir. Ürək klapanları tam açılmır, ayağında varikoz xəstəliyi var, hepatit C daşıyıcısıdır. Yəni sadalamaqla bitməyən bir çox xəstəlikləri var.1 il 4 ayda oğlumun yanına cəmi 1 dəfə getmişəm, gedə bilmirəm, maddi imkanım yoxdur. 2 dəfə “sumka” yola salmışam.Noyabr ayının 24-də oğluma 150 manat pul göndərdim. Pulu nəzarətçinin “Kapital Bank” kartına vurmuşam. Həmin vaxt oğlumu karsa salıblarmış. Ayın 29-da “kars”dan çıxdı, zəng vurub soruşdu ki, ana, mənə pul göndərmisən? Mən də bildirdim ki, bəli, nəzarətçinin kartına göndərmişəm.Qeyd edim ki, həmin pulu oğluma verməmişdi. Həbsdə olan, nərdtaxta düzəldən Elmar adlı şəxslə nəzarətçi Feyruz birləşib, oğlumun pulunu vermirdilər. Türməyə göndərilən pullar Elmar adlı şəxsin əli ilə dustaqlara paylanılırdı. Uzun söz-söhbətdən sonra 150 manat pulu mənim kartıma atdılar. Elə həmin gündən sonra oğlumun qara günləri başladı.Türmənin rəisi Mehman oğlumu otağına çağırtdıraraq nalayiq sözlərlə təhqir edib, “sən işverənsən” deyib. Əlav edib ki, get anana de, 889-a zəng vurub şikayətini geri götürsün. Oğlum bunu mənə dedi, lakin zəng vurmadım. Bundan sonra bütün dustaqları oğlumun üstünə qaldırıblar. Oğlumu yenə “kars”a salıblar, ayın 11-də çıxacaq.Sahibsiz bir adam kimi, bu yazını oxuyan səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənə və oğluma kömək edin. Oğlum əlil adamdır, səhhəti yaxşı deyil, o, “kars”da yaşaya bilməz.Öncədən mənə məktub yazıb, özünü öldürmək istəyir. Hər kəs bilsin, oğlum türmədə ölsə, səbəbkar rəis və nəzarətçidir.Mən çarəsiz bir ana kimi səlahiyyətli qurumlardan kömək istəyirəm. Oğlumun günahı var, cəzasını çəksin, amma orada ona edilən əziyyətlərin qarşısının alınmasını xahiş edirəm”.

Seçilən
24
1
yenisoz.az

2Mənbələr