AZ

Suriya müxalifəti Rusiya ilə yaxşı münasibətlərin vacibliyini vurğuladı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Suriya müxalifəti Moskva ilə yaxşı münasibətlərin qurulmasının zəruriliyini bildirib. Rusiya mühüm qlobal oyunçudur, bunu İstanbulda olan Suriya müxalifətinin nümayəndəsi Anas əl-Abdə RT kanalına müsahibəsində qeyd edib.

"Düşünürəm ki, biz Rusiya ilə yaxşı münasibətlərə yönəlməliyik. Bu, hər iki ölkə üçün çox vacibdir," - deyə o qeyd edib.

Əl-Abdə vurğulayıb ki, Suriya yardıma ehtiyac duyur. Ölkədə evlərin və infrastruktur obyektlərinin bərpası lazımdır. Bununla yanaşı, qaçqınların və məcburi köçkünlərin Suriyaya qayıdışına da dəstək verilməlidir.

"Rusiya həm regional, həm də beynəlxalq səviyyədə çox mühüm oyunçudur," - deyə müxalifət nümayəndəsi əlavə edib.

Fransanın Le Figaro nəşri daha əvvəl Suriya keçid hökumətinin yeni rəhbərinin keçmiş baş nazir Riyad Hicab ola biləcəyini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr