AZ

“Təhrir əş-Şam” terror qrupları siyahısından çıxarıla bilər

ABŞ prezidenti Co Bayden administrasiyası Təhrir əş-Şamın ABŞ-dakı terror qrupları siyahısından çıxarıla biləcəyi xəbərini təkzib etməyib.

KONKRET.az xəbər verir ki, adı açıqlanmayan yüksək rütbəli ABŞ hökumət rəsmisi bazar günü gecə Dəməşq və Suriyanın digər bölgələrinə nəzarəti ələ keçirən Təhrir əl-Şamla bağlı açıqlama verib: “Bu təşkilatda çoxlu müxtəlif qruplar var. Fikrimcə, daha diqqətli, tədbirli və realist olmalıyıq”.

Qeyd edək ki, Donald Tramp əvvəlki prezidentliyi dövründə Təhrir əş-Şamı terror təşkilatları siyahısına daxil edib.

“Washington Post” qəzetinin yazdığına görə, adının açıqlanmasını istəməyən yüksək rütbəli amerikalı məmur deyib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası Təhrir əş-Şamı terrorçu qruplar siyahısından çıxarıb-çıxarmayacağı barədə dəfələrlə qərar qəbul etmək istəyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
36
konkret.az

1Mənbələr