AZ

Gürcüstanda baş verənlər də hansısa QHT-lərin xaricdən idarə olunmasının nəticəsidir - Açıqlama

Yazını böyüt
Yazını kiçilt

“Sirr deyil ki, hazırda qeyri-hökumət təşkilatı (QHT) və ya digər vətəndaş cəmiyyəti institutu cildinə girən, məqsədi isə heç də demokratik cəmiyyət quruculuğuna yardım etmək yox, əksinə, siyasi, dini, etnik zəmində vətəndaş qarşıdurması və idarə olunan xaos yaratmaq olan, beynəlxalq və lokal səviyyələrdə fəaliyyət göstərən təxribatçı qurumlardan təzyiq aləti kimi istifadə olunması halları geniş yayılıb”.

Bu fikirləri hafta.az-a açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, hər bir dövlətin, o cümlədən Azərbaycanın təhlükəsizliyi hər şeydən vacibdir.

 “Vətəndaş cəmiyyəti institutları bu statusa uyğun davranırsa o, dövlətin bütün imtiyazlarından, qanunlarından istifadə edir və normal şəkildə də fəaliyyət göstərir. Yox əgər bir vətəndaş cəmiyyəti institutu xaricdən idarə olunur, aldığı qrantlarla dövlətin əleyhinə kampaniyalara və yaxud qruplaşmalara qoşulursa, eləcə də hansısa dövlətin rezidenti kimi missionerlik edirsə, bu, yolverilməzdir. Dövlətin öz qanunları çərçivəsində ifşa olunmalıdır. Hesab edirəm ki, Gürcüstanda baş verən hadisələr də hansısa formada QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının xaricdən idarə olunmasının nəticəsidir ki, bu gün orada ara qarışdırılır, dövlətin təhlükəsizliyinə müdaxilələr olunur. Azərbaycanda da bunu etmək istəyənlər bilməlidirlər ki, bu, ölkəmizdə mümkün deyil. Əlbəttə ki, Azərbaycan cəmiyyəti belə qurumları və onlara havadarlıq edən xarici təşkilatları yaxşı tanıyır. Ona görə də təxribatyönlü fəaliyyətləri heç bir nəticə verməyəcək”.

Seçilən
23
hafta.az

1Mənbələr