AZ

Gürcüstanın siyasəti ABŞ və Aİ-də “qıcqırma” yaradır – Rusiya XİN

“Gürcüstanın apardığı praqmatik siyasət ABŞ və Avropa İttifaqında “qıcqırma” yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaşinqton və Brüsseldə verilən şərhlərə əsasən Gürcüstan hakimiyyətinə qarşı hücumların davam edəcəyini ehtimal etmək olar.

Nazir müavini hesab edir ki, Gürcüstan hakimiyyəti ölkənin milli maraqlarına yönəlmiş praqmatik kursunun müdafiəsi üçün hələ çox çalışmalıdır.


Müəllif: Cəmilə Babayeva
Seçilən
15
teleqraf.com

1Mənbələr