AZ

103 mindən çox yeni kassa quraşdırılıb, 20 milyarda yaxın dövriyyəni qeyd alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 103 min 419 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb",- məlumatda bildirilir.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 808,3 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

yeni nəsil nəzarət-kassa aparatları
Seçilən
24
5
marja.az

10Mənbələr