AZ

Suriyadan olan qaçqınlarla bağlı QƏRAR

Almaniya və Avstriyanın hakimiyyət orqanları Suriyadan olan qaçqınlara sığınacaq verilməsi prosedurunu müvəqqəti olaraq dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə hər iki dövlətin rəsmi mənbələri məlumat yayıb.

“Kronen Zeitung” qəzetinin yazdığına görə, Avstriyada məhdudiyyətlər “əlavə bildiriş”ə qədər qüvvədə qalacaq. Bu günə qədər Suriyadan 12,5 min immiqrantın müraciət etdiyi məlum olub. Halbuki minə yaxın müraciət baxılmaqda idi.

Almaniyada da vəziyyət oxşardır. “Der Spiegel” qəzeti yazır ki, Suriyadakı vəziyyətlə əlaqədar Almaniya hökuməti siyasi sığınacaq üçün müraciətlərə baxılmasının dərhal dayandırıldığını elan edib.

Üstəlik, Yaxın Şərq ölkəsindəki çətin vəziyyətə görə belə müraciətlərlə bağlı qərarın qəbul edilməsi mümkünsüzdür.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
22
konkret.az

1Mənbələr