Türkiyə futbolunda maraqlı hadisə yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi kubok yarışında iştirak etməkdən imtina edib. Söhbət "Kasımpaşa"dan gedir.

Məlumatı TFF-nin rəsmi saytı yayıb. İstanbul təmsilçisi quruma bununla bağlı rəsmi müraciət ünvanlayıb. Qəsəbə təmsilçisi 2024/25 mövsümündə Türkiyə Kubokunda iştirak etmək istəmir.

Qurum məsələ ilə bağlı ictimaiyyətə daha geniş məlumat verəcəyini açıqlayıb.