AZ

Daha 5 partiya seçkidə iştirak edəcək - MSK qərar verdi

Azərbaycanda yanvarın 29-da keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində daha beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.   Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qərar qəbul edilib. MSK katibi Arifə Muxtarovanin təqdimatına əsasən, Yeni Azərbaycan Partiyasının (YAP), Milli İstiqlal Partiyasının (AMİP), Böyük Quruluş Partiyasının (BQP), Demokratik İslahatlar Partiyasının (DİP), Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib. Qeyd edək ki, bundan əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda 26 siyasi partiya fəaliyyət göstərir.

Seçilən
30
7
manset.az

10Mənbələr