AZ

Safurə və Ayselin yarımçıq qalan planı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva İTV-nin ünvanladığı sualları cavablandırıb.

 

Axşam.az xəbər verir ki, sənətçi ən böyük qorxusunun qaranlıq olduğunu deyib.

 

O bildirib ki, Aysel Teymurzadə ilə duet oxumaq istəyib:

 

"Fikrimizdə belə bir ideya var idi".

 

Safurə ən yaxşı "Avroviziya" mahnısının özününkü olduğunu bildirib:

 

"Mənim mahnım favoritdir. "Drip-drop".

 

Müğənni həmçinin yeni mahnılar üzərində çalışdığını vurğulayıb. 

 

Qeyd edək ki, Safurə ailəlidir, 3 övladı var. O, Türkiyədə yaşayır. 

Tarix: 9 Dekabr 2024, 17:24   
Seçilən
48
3
pravda.az

9Mənbələr